Pinzanın Tarixi
Əsl maestro üçün mümkün olmayan bir şey yoxdur. Beləcə Valentino dəqiqləşdirə bilib ki, sən demə bu qədim möcüzəni roma kəndliləri xırdalanmış buğdadan, duzdan və müxtəlif ədviyyatlardan istifadə etməklə kömürlərin üzərində bişirirmiş. Nəticədə özünəməxsus xırçıldayan kökə alınırmış. İlkin olaraq kökənin hazırlanmasında arpa, yulaf və darıdan (suluf) istifadə olunurdu. Sonradan isə yabanı buğda əlavə olundu. Alınan sadə kökə ilə rahib və keşişləri qonaq edirdilər. İncə və xırçıldayan kökənin üzərinə kəndlilər evdə olandan, yəni tərəvəz, meyvə, ət və digər nemətlərdən qoyaraqTanrıya da xoş gələn yüngül nahar hazır edirdilər. Bu cür yeməklər haqqında çox sayda tarixi xatırlatmalar var. Misal kimi, Vergili oval forması olan əsgərlərə qüvvət verən və yeməkdən sonra yuxu gətirməyən kökələrdən bəhs edib.